
Nurlanə Musafəddin qızı Atakişiyeva 1982-ci ildə anadan olmuşdur. 1999-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin “Tibbi-profilaktika” fakültəsini bitirmişdir.
2004-2005-ci illərdə Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində internatura kursu keçmişdir.
2008-2010-cu illərdə Səbail rayonu GEM-də “ Uşaq və yeniyetmələrin gigiyenası “ şöbəsində həkim vəzifəsində çalışmışdır.
2013-cü ilin avqust ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “İmmunologiya və biofiziki tədqiqatlar” laboratoriyasına böyük laborant vəzifəsinə qəbul edilmişdir.
2016-ci ilin mart ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “Kəskin virus və bakterial mənşəli zooantroponoz infeksiyaları” laboratoriyasına elmi işçi vəzifəsinə keçirilmişdir.
2022-ci ilin fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Epidemiologiya şöbəsinin “Yoluxucu xəstəliklərin epidemiologiyası” bölməsinə elmi işçi vəzifəsinə təyin olunmuşdur.