
Süleyman Mahmud oğlu Məmmədov 1954-cü ildə anadan olmuşdur. 1971-1977-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “Tibbi-profilaktika” fakültəsini bitirmişdir.
1977-1981-ci illərdə Respublika Sanitar-Epidemioloji Stansiyasında Həkim-parazitoloq kimi fəaliyyət göstərmişdir.
1981-1994-cü illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “Helmintologiya“ bölməsinin müdiri vəzifəsində çalışmışdır.
1994-2020-cü illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “Parazitologiya” şöbəsinin müdiri vəzifəsində işləmişdir.
2020-2021-ci illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun ”Epidemioloji dəstə” müdiri kimi çalışmııdır.
2022-ci ilin fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Epidemiologiya şöbəsinin “Yoluxucu xəstəliklərin epidemiologiyası” bölməsinə müdir vəzifəsinə təyin olunmuşdur.
Bir sıra elmi məqalələrin, metodik göstərişin, metodik vəsaitin və kitabın müəllifidir.
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Elmi Şurasının və Yasamal rayon Yeni Azərbaycan Partiyasının üzvüdür.