
Rüstəmova Lalə İslah qızı, 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbay¬canlıdır. Tibb üzrə fəlsəfə doktoru, dosent L.İ.Rüstəmova 1984-cü ildə N.Nərimanov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinə daxil olmuş və 1990-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
Rüstəmova lalə İslah qızı elmi fəaliyyətinə 1990-cı ildən Elmi-Tədqiqat Epidemiyologiya, Gigiyena və Peşə xəstəlikləri İnstitutunun Enteroviruslar laboratoriyasında kiçik elmi işçi kimi başlamışdır. 1993-cü ildə institutun dissertantı kimi «Azərbaycanda uşaqlar arasında rotavirus qastroenteritlərinin seroepidemioloji tədqiqi» mövzusu üzərində işləməyə başlamış və 1997-ci ildə akademik N.Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1995-ci ildən Enterovirus infeksiyaları laboratoriyasının müdiri vəzifəsində çalışır, 2001-ci ildən Virusologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1997-ci ildə əsas istiqamətdə aparılan elmi fəaliyyətinə görə radiobioloq, tibb elmləri namizədi Saqif Namazov adına Fondun mükafatı və diplomuna layiq görülmüşdür. 2019-cu ildən L.Rüstəmova «Azərbaycanda qeyri-polio enterovirus infeksiyalarına epidemioloji nəzarətin təşkili və təkmilləşdirilməsi» mövzusunda doktorluq dissertasiyası üzərində çalışmış və ilkin müzakirəyə hazırlaşır.
2003 və 2012-ci illərdə əhalinin sağlamlığının qorunması sahəsində uzun müddətli qüsursuz xidmətlərinə, fədakar və nümunəvi əməyinə görə L.Rüstəmova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. O, institutda 1997-2005-ci illərdə Gənc Alimlər şurasının sədri, 2007-2015-ci illərdə Həmkarlar təşkilatının sədri kimi çalışmışdır.
1998-ci ildən Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasında saat hesabı pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Dosent L.Rüstəmova institutun Elmi Şurasının və Problem Komissiyasının üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə «dosent» elmi adına layiq görülmüşdür. 325 elmi işin o cümlədən, 1 dərslik, 2 monoqrafiya, 7 metodik tövsiyənin və 3 patentin müəllifidir.
2014-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin nəzdində olan FD 03014 Müzakirə şurasının üzvü olmuşdur.
03.02.2020-ci il tarixdən Azərbaycan Respublkasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən 21.01.2020-ci il tarixli F-5 saylı əmri ilə təsdiq edilmiş FD 2.28 Dissertasiya Şurası nəzdində 3202.01 – «Epidemiologiya» ixtisası üzrə Elmi seminarın üzvüdür.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını «Dövlət və bələdiyyə idarəetməsi» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və bakalavr ali peşə-ixtisas dərəcəsi almışdır.
Azərbaycan Tibb Universitetinin və İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Epidemiologiya kafedralarında pedaqoji fəaliyyət göstərir.
2020-ci ilin may ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində olan TƏBİB-in Elmi Komitəsinin üzvüdür.
2022-ci ilin yanvar ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun Epidemiologiya Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.