post image

Türkiyənin Ege və Akdeniz Universitetlərinin beynəlxalq səviyyədə tanınmış alimləri ilə görüş keçirilib.

I Beynəlxalq Parazitologiya Konfransı çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə Parazitalogiya Dərnəyinin rəhbəri, Ege Universitetinin tanınmış alimi, parazitologiya üzrə mütəxəssis Prof. Dr. Yusuf Özbel və Akdeniz Universiteti Tibb Fakültəsinin Dermatologiya Bölməsinin professoru, parazitar dəri infeksiyaları, xüsusilə də leyşmaniya xəstəliyinin diaqnostika və müalicəsi sahəsində böyük təcrübəyə malik Prof. Dr. Soner Uzun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunu ziyarət ediblər.


Ziyarət zamanı professorlar institutda parazitar və infeksion sahələrdə aparılan işlərlə, eləcə də institutun elmi istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya infrastrukturu ilə yaxından tanış olublar. Qonaqlara aparılan tədqiqatlar, istifadə olunan müasir texnologiyalar və parazitologiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.


Görüş zamanı elmi əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi perspektivləri müzakirə olunub.


Səfər səmimi mühitdə keçib və gələcəkdə birgə elmi layihələrin reallaşdırılması istiqamətində razılıq əldə olunub.