Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə 3 oktyabr 2025-ci il tarixində I Beynəlxalq Parazitologiya Konfransının tərkibində elmi-praktiki seminar keçirildi.
Elmi-praktiki seminar çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun elmi əməkdaşları parazitoloji xəstəliklərin diaqnostikasında istifadə olunan seroloji və mikroskopik müayinə metodları, həmçinin leyşmaniozun diaqnostikasında istifadə edilən klassik və mikrokultura üsullarından bəhs edərək geniş təqdimatlarla çıxış edərək klinik praktikada əhəmiyyət kəsb edən yeni yanaşmalara dair bilik və təcrübələrini həkimlərlə paylaşdılar.
6 DİT kreditlə akkreditasiya qazanan elmi-praktiki seminar iştirakçıları əldə edilən biliklər və müzakirələr nəticəsində parazitar xəstəliklərin diaqnostikasında müasir və effektiv metodlarla tanış olmaq imkanı qazandılar.