post image

Ərdəbil Tibb Elmləri Universitetinin nümayəndəsi ilə görüş keçirilib.

V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda İran İslam Respublikasının Ərdəbil Tibb Elmləri Universitetinin “Buğumayaqlıların törətdiyi xəstəliklərin tədqiqi Mərkəzi”nin rəhbəri, tibbi entomologiya üzrə dosent Dr. Eslam Moradi Asl ilə görüş keçirilib.


Professor Adil Allahverdiyev çıxışında iki qurum arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb və gələcəkdə birgə memorandum imzalanmasının vacibliyini qeyd edib.


Qonaq “Aedes cinsindən olan ağcaqanadların yaydığı xəstəliklər və Denge xəstəliyi üzrə vəziyyət” mövzusunda təqdimatla çıxış edərək dünyada və İranda epidemioloji vəziyyət, keçiricilərin biologiyası və mübarizə tədbirləri barədə məlumat verib.


Daha sonra fikir mübadiləsi aparılıb, eləcə də qonaq institutun laboratoriyalarını gəzərək beynəlxalq elmi əməkdaşlıq üçün geniş imkanlar gördüyünü bildirib.