post image

Səhiyyə Nazirliyinin İnstitut direktoru dünyanın ən nüfuzlu alimləri siyahısına yenidən daxil edilib.

Azərbaycan Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil M. Allahverdiyev, bu il də dünyanın ən nüfuzlu alimləri arasında yer alıb. ABŞ-ın Stanford Universiteti tərəfindən hazırlanmış və 2025-ci ilin avqust ayında yenilənmiş “Dünyanın Ən Nüfuzlu 2% Alimləri Siyahısı”na (World’s Top 2% Scientists List) daxil edilən professor Allahverdiyev, elmi fəaliyyətinə görə beynəlxalq miqyasda yüksək qiymətləndirilib.


Bu siyahı elm dünyasında ən etibarlı referans mənbələrindən biri hesab olunur. Qiymətləndirmə zamanı alimlərin istinad sayı, h-indeksi, müəlliflik meyarları, ko-avtorluq dərəcələri və kompozit təsir göstəricisi (c-score) kimi meyarlar nəzərə alınır. Araşdırma çərçivəsində 10 milyona yaxın alim dəyərləndirilib və yalnız öz sahəsində ən yüksək nailiyyətlərə sahib olan 2% alim bu siyahıya daxil edilib.


Professor Adil Allahverdiyevin bu uğuru, onun elmi araşdırmalarının qlobal miqyasda tanınmasının və Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Bu nailiyyət yalnız fərdi uğur deyil, həm də milli elmin gücünü və potensialını dünyaya nümayiş etdirən bir simvoldur. Bu uğur, elmin sərhəd tanımadığını və əzmkarliğın, fədakarlığın hər zaman layiqli şəkildə qiymətləndirildiyini bir daha sübut edir.


https://topscinet.com/scientist_profile/Allahverdiyev,%20Adil%20M./2000/?stype=single_year