post image

HÖRMƏTLİ HƏKİMLƏR!

Sizi böyük məmnuniyyətlə 3-4 oktyabr 2025 tarixlərində keçiriləcək, I Beynəlxalq Parazitologiya Konfransına dəvət edirik!


Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.


Konfransda ölkəmizin tanınmış mütəxəssisləri aktual parazitoloji problemlər, diaqnostika və müasir yanaşmalarla bağlı çıxış edəcəklər. Tədbir çərçivəsində parazitologiya sahəsində praktiki bacarıqları artırmağa yönəlmiş “workshop” da təşkil olunacaq.


Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunacaq, və iştirak edən hər bir həkimə rəsmi sertifikat təqdim ediləcək.


Tədbirin proqramı:

3 oktyabr - Workshop


Məkan: Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu


4 oktyabr - Konfrans


Məkan: Radisson Otel, Bakı


Konfransın rəsmi təşkilatçısı: Konora Events


Əlaqə və qeydiyyat üçün telefon: (099) 877 26 29


Bu elmi tədbirdə sizin də iştirakınız vacibdir! Gəlin birlikdə bilikləri paylaşaq, peşəkar bacarıqlarımızı artıraq və elmi əməkdaşlıq imkanlarını genişləndirək!


DEAR COLLEAGUES!

We are pleased to invite you to the 1st International Parasitology Conference, which will be held on October 3–4, 2025!

The event is organized with the support of the Ministry of Health of the Republic of Azerbaijan and TABIB, and hosted by the V.Y. Akhundov Scientific Research Institute of Medical Prophylaxis of the Ministry of Health.

At the conference, renowned specialists from our country will deliver presentations on current parasitological issues, diagnostics, and modern approaches. Within the framework of the event, a practical workshop aimed at enhancing skills in parasitology will also be organized.

The conference will be accredited by the Ministry of Health, and each participating doctor will be awarded an official certificate.

Program of the event:

October 3 – Workshop

Venue: V.Y. Akhundov Scientific Research Institute of Medical Prophylaxis, Ministry of Health

October 4 – Conference

Venue: Radisson Hotel, Baku

Official organizer of the conference: Konora Events

Contact and registration phone: (099) 877 26 29

Your participation in this scientific event is essential! Let’s share knowledge together, enhance our professional skills, and expand opportunities for scientific collaboration!