Stanford Universiteti tərəfindən tərtib olunan bu siyahı, qlobal miqyasda elmi tədqiqatların qiymətləndirilməsi və alimlərin beynəlxalq arenada təsirinin müəyyən edilməsi sahəsində etibarlı bir referans mənbəyi kimi tanınmaqdadır. Araşdırmaya əsasən dünyada müxtəlif elm sahələrində fəaliyyət göstərən 10 milyondan çox elm insanının fəaliyyəti dəğərləndirilmiş və yalnız 2%-i bu siyahıya daxil olmağa layiq görülmüşdür. Bu da Adil Allahverdiyevin elmi fəaliyyətinin yüksək qiymətləndirilməsinin bir göstəricisidir.