Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev “İqlim Dəyişikliyi ilə Artan Xəstəliklərə Qarşı Mübarizədə Nanotexnologiyaya Əsaslanan Müasir Yanaşmalar” mövzusunda çıxış edib. Çıxış konfrans iştirakçılarında böyük marağa səbəb olub. Sonda institutun direktoru iştirakçıları institutun yeni binasında yaradılan şəraitlə, stasionarın xəstə qəbulu ilə bağlı məlumat verib. Əlavə olaraq, Adil Allahverdiyev Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə görüşüb və gələcəkdə infeksion xəstəliklər sahəsində birgə işlərin görülməsi barədə danışıqlar aparılıb.