post image

100 ildən artıq yaşı olan Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ölkəmizin infeksion xəstəliklərlə mübarizədə milli təhlükəsizliyini təmin edən yeganə müəssisədir.

İnstitut Səhiyyə Nazirliyinin tabeliyinə keçdiyi tarixdən etibarən burada stasionar fəaliyyətin bərpası üçün zəruri işlər görülüb. Bir ildən artıq müddətdir ki, institut Badamdar qəsəbəsində yeni ünvana köçürülüb, institutun stasionar fəaliyyətinin bərpası ilə əlaqədar tələb olunan standartlara cavab verən bütün şərtlər yerinə yetirilib. Sentyabr ayının ilk həftəsindən etibarən institutun stasionar şöbəsində yoluxucu, parazitar və peşə xəstəliklərinin müalicəsinə start verilib. Ölkəmizdə parazitar və tropik xəstəliklər sahəsində ixtisaslaşmış yeganə müəssisə olaraq institutumuz uzun illərdən bəri yalnız bu sahədə çalışan, yüksək təcrübəyə sahib mütəxəssislər yetişdirib. Həmin mütəxəssislər artıq institutumuzun stasionar şöbəsində fəaliyyət göstərirlər. Adı çəkilən xəstəliklərin doğru diaqnozu, doğru müalicəsi bu institutda həyata keçirilir. Pasiyentlərin müalicə xərcləri isə İcbari Sığorta tərəfindən təmin olunur.