post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 11 iyun 2024-cü il tarixində “Müasir mərhələdə insan helmintozlarının diaqnostikası” mövzusunda elmi-praktik seminar keçirilib.

İnstitutun direktoru, professor Adil Allahverdiyev giriş sözü ilə elmi seminarın keçirilməsinin vacibliyini vurğulayıb. Elmi-praktik seminarda nazirliyin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mikrobiologiya və Epidemiologiya kafedrasının müdiri t.ü.f.d. N.Mütəlibova, Respublika GEM-in Parazitologiya şöbəsinin müdiri H.Həşimov, institutun əməkdaşları dosent Ş.Canəhmədova və həkim-parazitoloq B.Niftullazadə insan helmintozlarının etiologiyası, epidemiologiyası, diaqnostikası və onun səmərəliyinin artırılması, müalicə prinsipləri haqqında məruzələr ediblər. Elmi-praktik seminar iştirakçıları ölkədə daha çox qeydə alınan insan helmintozlarının diaqnostikası, müalicəsi və profilaktikası istiqamətində müxtəlif elmi və təcrübi tibb müəssisələrinin səylərinin birləşdirilməsinin önəmini vurğulayıblar. Növbəti mərhələdə belə elmi-praktik seminarların respublikanın müxtəlif regionlarında keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.