post image

Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor Xudaverdi Qənbərov və Biologiya elmləri doktoru, professor Mirmusa Cəfərov Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutununda tanışlıq məqsədi ilə olublar.

İnstitutun direktoru, professor Adil Allahverdiyev və Elmi katib, professor Ağasəmid İsayev qonaqlara institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat və klinik laboratoriyaları, eləcə də klinik şöbə haqqında ətraflı məlumat verib, laborator avadanlıq və cihazlara baxılıb, laboratoriyanın personalı ilə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bakı Dövlət Universiteti və Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun birgə elmi əməkdaşlığının mümkün perspektivləri müzakirə edilib. Sonda xatirə şəkli çəkilib.