İnstitutun direktoru, professor Adil Allahverdiyev qonağa institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat və klinik laboratoriyaları, eləcə də klinik şöbə haqqında ətraflı məlumat verib. Professor M.Mirzoyeva rəhbərlik etdiyi Epidemiologiya kafedrasının fəaliyyət istiqamətləri və gələcəkdə institutun Epidemiologiya və Tibbi Parazitologiya şöbələri ilə birgə elmi əməkdaşlığın perspektivlərindən danışıb. Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və Əbu Əli İbn-Sina adına Buxara Dövlət Tibb İnstitutu ilə birgə elmi əməkdaşlıq barədə memorandum imzalanıb. Özbəkistanlı professor daha sonra institutun elmi-tədqiqat və klinik laboratoriyaları, yoluxucu və parazitar xəstəliklər klinikalarında aparılan işlərlə tanış olub. Sonda xatirə şəkli çəkilib.