İnstitutun rəhbərliyi mütəmadi olaraq gənclərlə görüşlər keçirir, elmi layihələrin və məqalələrin hazırlanmasında məsləhətlər verir. Hazırda gənclərin bir qrupunun elmi fondu tərəfindən dəstəklənən layihəsi davam edir və eyni zamanda SCİ indeksli jurnallarda dərc olunan məqalələri mövcuddur. Qrupun hədəfi beynəlxalq səviyyəli elmi layihələrdə daha aktiv iştirak etməkdir. Bundan başqa, gənclərin yaratdığı Gənc Tədqiqatçılar Birliyi milli və beynəlxalq konfransların həyata keçirilməsində fəal iştirak edir.