post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “Antimikrob rezistentliyin diaqnostikası və müalicəsində müasir yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilib.

Elmi seminarın açılış hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova çıxış edib. Daha sonra institutun direktoru, professor Adil Allahverdiyev iştirakçıları salamlayıb, institutda belə tədbirlərin keçirilməsinin önəmini qeyd edib və bundan sonra da davamlı olaraq keçiriləcəyini bildirib. Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor dr. İbadulla Ağayev çıxış edərək seminarın təşkilini yüksək qiymətləndirib, tədbir iştirakçılarına uğurlar arzulayıb. Elmi seminar iki, o cümlədən nəzəri və praktik hissədən ibarət olub. Nəzəri hissədə institutun direktoru, professor Adil Allahverdiyev, Türkiyənin AMS/AMR üzrə Məhsul meneceri dr. Canan Kızılkaya Çelik, institutun doktorantı dr. Leyla Həşimova, həkim-infeksionisti dr. Vüsalə Yaşar və aplikasiya uzmanı Elin Əliyev öz təqdimatları ilə çıxış ediblər. Sonda xatirə şəkili çəkilib.