post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Gənc Tədqiqatçılar Birliyinin təşkilatçılığı və xaricdə təhsil alan azərbaycanlıların İştirakı İlə “Elmin Aktual Sahələri” mövzusunda İlk onlayn konfrans keçirilib.

Onlayn konfransı giriş sözü ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov açaraq, ilk onlayn konfransın əhəmiyyəti, xüsusiyyətləri haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb. İnstitutun direktoru, professor Adil Allahverdiyev ilk növbədə iştirakçıları salamlayıb və bildirib ki, gənc tədqiqatçıların yetişməsi gələcəkdə institutda müəyyən tədqiqatların aparılmasına kömək edəcəkdir. Iştirakçılara sonrakı konfranslarda da elmi işlərin davamını təqdim etməyi arzulayıb.
İlk onlayn konfransda İtaliya, İngiltərə, Almaniya, ABŞ və Türkiyədə elmi tədqiqatlar aparan gənc tədqiqatçıların molekulyar-biologiya, genetika, kök hüceyrə, biotexnologiya istiqamətlərində aparılan aktual tədqiqatların nəticələri təqdim olunub. Konfransın sonunda institutun direktoru və Gənc Tədqiqatçılar Birliyi iştirakçılara təşəkkürlərini bildirib.