Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. İnstitutun əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər, Şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla yad ediblər.