post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 8 noyabr Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Vətən Müharibəsinin Şəhidi Ataməli Musaoğlunun anası Leyla Musayeva, Vətən Müharibəsinin veteranları Vüqar Muradov və İlkin Qənbərov iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun direktoru, professor Adil Allahverdiyev tədbir iştirakçılarını salamladı, 8 noyabr Zəfər Gününün önəmi və vacibliyini, bu tarixi qələbənin əldə olunması yolu haqqında məlumat verdi. Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov, klinik məsələlər üzrə direktor müavini, Həmkarlar Komitəsinin sədri Şəfəq Mustafayeva, YAP təşkilatının sədri, bölmə müdiri Fatma Hüseynova, Tibbi parazitologiya və tropik xəstəliklər şöbəsinin müdiri, t.e.d. Akif Salehov və Epidemiologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova 30 ilə yaxın düşmən əsarətində olan tarixi Qarabağ torpaqlarının 44 gün ərzində azad edilməsi ilə nəticələnən qələbəmizin xalq, ordu və iqtidar birliyinin təcəssümü, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin qətiyyəti, əzmi və cəsarətinin təntənəsi olduğunu vurğuladılar. Tədbirdə şəhid anası Leyla Musayeva və İkinci Qarabağ Müharibəsinin veteranları Vüqar Muradov və İlkin Qənbərov da çıxış edərək öz ürək sözlərini və onları dəvət etdikləri üçün təşəkkürlərini bildirdilər. Tədbirin sonunda İkinci Qarabağ Müharibəsinin veteranlarına institutun rəhbərliyi adından təşəkkürnamə və şəhid anası Leyla Musayevaya, Şəhid xanımı Firuzə Musaoğluna və şəhidin övladı Gül Musaoğluna gül dəstəsi təqdim olundu. Tədbirin sonunda xatirə şəkli çəkildi.