Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən 27 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın bağlanış mərasimində institutun direktoru, professor Adil Allahverdiyev, elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov çıxış edərək qonaqlara təşəkkürlərini bildirib, iştirakçılara sertifikat və hədiyyələri təqdim ediblər.