post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən 27 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Özbəkistan Respublikası İxtisaslaşdırılmış Elmi-Praktik Epidemiologiya, Mikrobiologiya, Yoluxucu və Parazitar Xəstəliklər Tibbi Mərkəzinin direktoru, professor Botir Tadjiyev çıxış edərək institutun direktoru, professor Adil Allahverdiyevə, konfransın Təşkilat Komitəsinə minnətdarlığını bildirib. Həmçinin, o, rəhbərlik etdiyi institut V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə elmi-tədqiqat profilinə uyğun olaraq mikrobiologiya, epidemiologiya, yoluxucu və parazitar xəstəliklər istiqamətlərində birgə elmi əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, müştərək elmi-tədqiqat fəaliyyəti haqqında razılaşma əldə olunduğu bildirilib.