post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən 27 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

V.Y.Axundov adına İnstitutun direktoru, professor Adil Allahverdiyev çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən bəhs edib. Tədbir haqqında məlumat verən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun direktoru, professor Adil Allahverdiyev konfransın ölkəmizdə Tibbi profilaktikanın aktual problemlərinin inkişafına böyük töhfə verəcəyini bildirib. Konfransa dəvət olunan Türkiyə Cumhuriyyətinin İstanbul Aydın Universitetinin dekanı Prof.Dr. Hasan Hüseyn Balık, Yeditepe Universitetinin bölüm rəhbəri Prof.Dr. Fikrettin Şahin, İstanbul Universitetinin professoru Prof.Dr. Mustafa Hasöksüz, Yıldız Teknik Universitetinin professoru Prof.Dr. Dilek Turgut Balık, Çex Respublikası - Mərkəzi Avropa Texnologiya İnstitutu fəlsəfə doktoru PhD. Sahar Dinparvar və digər nümayəndə heyəti ilə görüş keçirilmiş və sonrakı elmi əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə sözü gedən Universitetlər arasında gen mühəndisliyi, biotexnologiya, vaksin işləmələri və texnologiyaların istiqamətlərində birgə əməkdaşlı barədə müqavilənin bağlanması haqqında qərar qəbul edilib.