post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən 27 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransdan öncə İnstitutun direktoru, professor Adil Allahverdiyev, Türkiyə Cümhuriyyəti və Özbəkistan Respublikasından dəvət olunan qonaqlar Fəxri Xiyabanı ziyarət edib, ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarı önünə gül çələngi qoyublar.