post image

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən 27 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində keçirilən konfrans Ümummilli Liderin əziz xatirəsinə həsr olunub. Beynəlxalq konfransın açılış hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Konfransda açılış nitqi ilə Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edib. İnstitutun direktoru, professor Adil Allahverdiyev tədbiri açıq elan edərək öz dəyərli fikirləri ilə iştirakçıları salamlayıb. Beynəlxalq konfransda AMEA, TƏBİB, ATU, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu, SN-nin Elmi-Tədqiqat İnstitutları, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, Respublika GEM, BDU və digər qurumların nümayəndələri, eləcə də Türkiyə Cümhuriyyətinin Yıldız Teknik və Yeditepe Universitetlərinin professor heyəti, Özbəkistan Respublikası ixtisaslaşdırılmış Elmi-Praktik Epidemologiya, Mikrobiologiya, Yoluxucu və Parazitar xəstəliklər Tibbi Mərkəzinin professor və doktorantları iştirak ediblər.