29 sentyabr 2023-cü il tarixində Plastik Rekonstruktiv Cərrah, Biomühəndis, Kök Hüceyrə mütəxəssisi Prof.Dr. Mehmet Bozkurt, Sağlık Bilimleri Üniversitesinin beyin neyrocərrahı Prof.Dr. Serhat Pusat, Healthis Assistance və Endorfin Med şirkətlərinin rəhbəri Sənan Quliyev Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunu ziyarət edib. Görüşün məqsədi institutun yeni binası ilə tanış olmaq, eləcə də Kök hüceyrə və regenerativ tibbin inkişafında institutun qurulmaqda olan laboratoriyaları, texniki baza ile tanışlıq, regenerativ tibb ve hüceyrə məhsullarının müzakirəsi olub. İnstitutun direktoru Prof.Dr. A.M.Allahverdiyev və Laboratoriya müdiri Rəşad Rəsulov qonaqları institutun laboratoriyası ilə tanış edib və gələcəkdə mümkün ola biləcək birgə elmi əməkdaşlıqlar barədə danışıqlar aparıblar.