post image

Vətən müharibəsinə həsr olunmuş Anım günü

Sentyabrın 27-də Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Vətən müharibəsinə həsr olunan Anım günü keçirilmişdir. İlk öncə Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra institutun direktoru A.M.Allahverdiyev çıxış edərək bildirib ki, 3 il öncə başlayan 44 günlük II Qarabağ müharibəsi – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin tarixidir. Direktor həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib. Azərbaycan xalqı şəhidlərini hər zaman hörmətlə anır, müharibə iştirakçıları və qazilərimizə Allahdan şəfa diləyirik.