Tədbirdə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Fatma Hüseynova, institutunun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov və əməkdaşlar iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının dövlət himni dinlənilib, Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra institutun direktoru Adil Allahverdiyev Ümummili liderin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasətindən, iqtisadi fəaliyyətindən, böyük dövlət xadimi kimi xalqımızın taleyində oynadığı əvəzsiz rolundan bəhs edib. O vurğulayıb ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda səhiyyənin inkişafına xüsusi diqqət göstərib. Çıxışının sonunda direktor qeyd edib ki, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Direktorun çıxışından sonra Heydər Əliyevə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunub. Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Fatma Hüseynova, institutunun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov, Yeni Azərbaycan Partiyasının üzvü, Parazitar və Tropik Xəstəliklər şöbəsinin müdiri, tibb elmləri doktoru Akif Salehov, İnzibati İşlər üzrə direktor müavini Nərminə Fətullayeva çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən, ümummilli liderin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, respublikamızın xarici siyasət sisteminin, iqtisadiyyat, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edib. Sonda tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyev və ailə üzvlərinin məzarını ziyarət edib, çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.