post image

Direktor Adil Allahverdiyev qeyd edib ki, yaxın gələcəkdə həm institutda, həm də regionlarda bu kimi təlimlərin davamlı olaraq təşkili planlaşdırılır. Sonda tədbir iştirakçılarına mövzu ilə əlaqədar kitab və sertifikatlar verilib.

Leyşmanioz dünyanın və ölkəmizin ciddi səhiyyə problemlərindən biri olaraq öz aktuallığını qorumaqdadır. 2023-cü il iyulun 12-də Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “Leyşmaniozun epidemiologiyası, diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda təlim (workshop) keçirilib. Təlimə Səhiyyə Nazirliyi və TƏBİB-in tabeleyindəki müxtəlif tibb müəssisələrindən mütəxəssisləri dəvət edilib. Mövzu ilə əlaqədar təlimin gündəliyində xəstəliklə bağlı müxtəlif aktual mövzular müzakirə edilib. İnstitutun direktoru t.e.d., professor Adil M.Allahverdiyev “Dünyada və Azərbaycanda leyşmaniozun mövcud vəziyyəti, diaqnostikasında və müalicəsində ortaya çıxan problemlər”, Dr. Süleyman Məmmədov “Leyşmaniozun epidemiologiyası”, Dr. Xatirə Aslanova “Dəri leyşmaniozunun klinik diaqnostikası və müalicəsi”, Dr.Afət Əkbərova “Visseral leyşmaniozunun klinik diaqnostikası və müalicəsi” mövzusunda çıxış ediblər. Tədbirin ikinci hissəsində institutun tam təchizatlı laboratoriyasında dəri və visseral leyşmanioz yaxmalarının hazırlanması metodikası, mikroskopiyası, parazitlərin klassik kulturasının əldə edilməsi, mikrokultura metodu t.ü.f.d., dosent Məlahət Bağırovanın rəhbərliyi altında workshopun iştirakçılarına praktiki olaraq göstərilib və onların əyani iştirakı təmin edilib.