Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun rəhbərliyi və kollektivi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib. Soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül çələngi qoyulub.