Azərbaycanda "Omikron" ştamı aşkarlandı

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-un "Omikron" ştamına qarşı peyvəndlənmənin vacibliyindən bəhs edib. Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrin 12-də bu variant aşkarlanıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB bu barədə birgə məlumat verib.