background
banner

İmmunologiya Şöbəsi

Şöbənin əsas vəzifələri

Şöbənin fəaliyyəti müasir immunoloji metodlardan istifadə etməklə immun mexanizmlərin pozulması nəticəsində yaranan patoloji proseslərin tədqiqi, diaqnostik və müalicəvi immun zərdabların və immunoqlobulinlərin hazırlanması, eləcə də hibridoma texnologiyası əsasında monoklonal anticisimlərin əldə edilməsini nəzərdə tutur. İmmunokorreksiya (immunomodulyasiya, immunosupressiya, adoptiv immunoterapiya və s.) əsasında tədqiqatların aparılması da planlaşdırılır.

Hiperimmunizasiya edilmiş laborator heyvanların və digər heyvanların qan zərdabından spesifik immun zərdabların və immunoqlobulinlərin əldə edilməsi, GMP laboratoriyasında tədqiqi, diaqnostik və terapevtik məqsədlər üçün təklif edilməsi.

Müəyyən xəstəliyi keçirmiş insanların qan zərdabından spesifik immun zərdabların və immunoqlobulinlərin əldə edilməsi GMP laboratoriyasında tədqiqi və terapevtik məqsədlər üçün təklif edilməsi.